Bakıda atletikanın atma növləri üzrə məşq bazası açılıb -Fotolar

  • By ilhame
  • 26 Noyabr 2023 11:20

Atletika Federasiyasının rəhbərliyi Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Gununsesi.info xəbər verir ki, rəsmilər Ümummilli Liderin məzarı önünə əklil və gül dəstələri qoyaraq xatirəsini yad ediblər. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Ardından ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib.

Daha sonra Əmircan qəsəbəsindəki 226 nömrəli tam orta məktəbin stadionunda atletikanın atma növləri üzrə məşq bazasının açılış mərasimi keçirilib. Tədbirdə Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Balkan Atletikasının prezidenti Slobodan Brankoviç və Türkiyə Atletika Federasiyasının prezidenti Fatih Çintimar iştirak ediblər.

 

Bu qurğuda idmançıların istifadəsi üçün çəkic atma, nizə atma, lövhə atma, nüvə itələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur.

 

Bu gün, həmçinin Azərbaycan Atletika Federasiyasının yeni ofisinin açılış mərasimi keçirilib.

Gununsesi.info