Günün Səsi
Günün Səsi
  • Bazar ertəsi, Fev 6, 2023
Axtar
  • MANŞET
  • GÜNDƏM
  • SİYASƏT
  • VİDEOLAR
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • DÜNYA
  • REPORTAJ
  • REDAKTOR SEÇİMİ
  • MÜSAHİBƏ
  • SOSİAL
  • MƏDƏNİYYƏT
  • YAZARLAR
  • KRİMİNAL
  • İDMAN
  • SAĞLAMLIQ
  • DİN
  • OLAY
  • MAQAZİN
Axtar
    • MANŞET
    • GÜNDƏM
    • SİYASƏT
    • VİDEOLAR
    • CƏMİYYƏT
    • İQTİSADİYYAT
    • DÜNYA
    • REPORTAJ
    • REDAKTOR SEÇİMİ
    • MÜSAHİBƏ
    • SOSİAL
    • MƏDƏNİYYƏT
    • YAZARLAR
    • KRİMİNAL
    • İDMAN
    • SAĞLAMLIQ
    • DİN
    • OLAY
    • MAQAZİN
  • XƏBƏR

Bakıda “Avto Qarant” ASC-nin ərazisində qanunsuz neft satılırmış - VİDEO

  • By gunaytahmaz
  • 22 Yanvar 2023 18:19

Bakıda qanunsuz neft məhsulları satışının qarşısı alınıb.

Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsi, 40 ünvanında yerləşən “Avto Qarant” ASC-nin ərazisində yanğın və texniki təhlükəsizlik qaydalarına zidd olaraq yanacaq məhsulları (yağ) ilə dolu çənlərin saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dərhal göstərilən ünvana cəlb edilib.

Keçirilən baxış zamanı həqiqətən də yanğın və texniki təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması ilə insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq, neft məhsullarının saxlanılması və satışının həyata keçirilməsi faktı aşkar edilib.

Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı FHN əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş akt sahibkara təqdim edilib. Bununla yanaşı, yanğın və texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb.

Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinin təmin edilməsi istiqamətində birgə fəaliyyətini davam etdirir.

Qeyd edək ki, bu xəbərlə bağlı adıçəkilən ASC-nin qanuni sahiblərindən biri olmuş Nazim Bəydəmirli də sosial şəbəkədə paylaşım edib.
O, yazır:
“Bu ASC-nin 30% səhmdarı olaraq Vergilər Xidmətinə, Baş Prokurorluğa, DİN-ə və digər strukturlara bəlkə onlarla rəsmi müraciət etmişəm ki, bir qrup cinayətkar mütəşəkkil dəstə yaradıb həm vergiləri gizlədir, həm də hüquqa zidd fəaliyyət göstərir.. Onlar da kimisi akt yazır, kimisi də aktsız filansız gəlib rüşvət alıb gedirlər. “Sahibkar” dedikləri yaramaz da gəlib mənə meydan oxuyur. Yəqin FHN də nəticəni açıqlayar ki, rüşvət aldılar ya yox?
Sonuncu ərizəmə 2 aydan çoxdur DİN-nin BMCQMİ idarəsi “baxır”.

Ümid edək ki, nəticəsi müsbət olacaq!”

Gununsesi.info

Oxşar Yazılar:

  1. Rza Talıbov sərəncama götürülüb?
  2. Bakı Baş Səhiyyə Mərkəzi məhkəməyə verilib
  3. Rza Talıbov atasının istefasından sonra ilk dəfə görüntüləndi
  • Previous Sahibkarlarla növbəti görüş Şəki şəhərində keçiriləcək
  • Next Yazıçı Tofiq Yaqublunu mübarizədən çəkinməyə çağırır

DİGƏR XƏBƏRLƏR

  • 06 Fevral 2023 10:22

    Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra 6 ballıq afterşoklar qeydə alındı

  • 06 Fevral 2023 09:55

    İlham Əliyev Ərdoğana başsağlığı verdi

  • 06 Fevral 2023 09:52

    Azərbaycan hər zaman Türkiyənin yanındadır

  • 06 Fevral 2023 09:12

    Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verdi

  • 05 Fevral 2023 21:36

    İranda İzzəddin Həsənoğlunun məzarı dağıdıldı

  • 05 Fevral 2023 20:18

    Vilayət Eyvazov ona yüksək vəzifə verdi

  • 05 Fevral 2023 20:02

    Naftalanda ağır qəza: 5 nəfər yaralandı 

  • 05 Fevral 2023 19:05

    İntihar edən vəkil Vüsal Mirzəyevin üzərində əlyazma aşkarlandı

  • 05 Fevral 2023 19:02

    İranda həbs olunan etirazçılar əfv olundu

  • 05 Fevral 2023 12:17

    Kimyəvi maddələr daşıyan qatar relsdən çıxdı: 24 saatdır yanğın davam edir

  • 05 Fevral 2023 11:42

    Xoyda zəlzələdən zərərçəkən ana və oğul çadırda ölüb

  • 04 Fevral 2023 21:12

    Sərnişin avtomobildə siqaret çəkdi, cərimə sürücüyə yazıldı

POPULYAR XƏBƏR

  • Erkin Qədirli parlamentə gəldi və…
  • Görün, Tağı Əhmədovu doğum günündə kim təbrik edib - FOTO
  • Zakir Qaralovun da pensiyası bilindi - ÖZƏL
  • Xoşqədəm onun ölüm xəbərini efirdə aldı: “De ki, yalandır” -VİDEO

ARXİV

SON XƏBƏR

Ramiz Yunus uzun illərdən sonra Vətəndə - GÖZLƏNİLMƏZ OLDU 06 Fevral 2023 10:58
Türkiyədə zəlzələ bölgələrində təbii qaz verilişi dayandırıldı 06 Fevral 2023 10:40
Bakıda “Prius” aşıb: Ölən və yaralanan var 06 Fevral 2023 10:26
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra 6 ballıq afterşoklar qeydə alındı 06 Fevral 2023 10:22
Qaziantepdən dəhşətli kadrlar: Xilasetmə zamanı bina çökdü - VİDEO 06 Fevral 2023 10:18
İlham Əliyev Ərdoğana başsağlığı verdi 06 Fevral 2023 09:55
Azərbaycan hər zaman Türkiyənin yanındadır - XİN 06 Fevral 2023 09:52
Ərdoğan zəlzələnin olduğu vilayət rəhbərləri ilə danışdı 06 Fevral 2023 09:48
Zəlzələ bu ölkələrdə də hiss olunub 06 Fevral 2023 09:35
Zəlzələ bölgəsində telefon və internet xidmətləri bərpa olunur 06 Fevral 2023 09:27
  • Facebook
  • Instagram

Haqqımızda

Təsisçi və Baş redaktor: Pərviz Həşimli
Materiallardan istifadə zamanı www.gununsesi.info saytına istinad zəruridir

  • +994 (050) 554 19 80
  • gununsesi@gmail.com
  • +994 (050) 554 19 80

SON XƏBƏR

Ramiz Yunus uzun illərdən sonra Vətəndə - GÖZLƏNİLMƏZ OLDU 06 Fevral 2023 10:58
Türkiyədə zəlzələ bölgələrində təbii qaz verilişi dayandırıldı 06 Fevral 2023 10:40
Bakıda “Prius” aşıb: Ölən və yaralanan var 06 Fevral 2023 10:26

Çox Oxunanlar

  • Erkin Qədirli parlamentə gəldi və… 03 Fevral 2023 15:12
  • Görün, Tağı Əhmədovu doğum günündə kim təbrik edib - FOTO 01 Fevral 2023 21:53
  • Zakir Qaralovun da pensiyası bilindi - ÖZƏL 02 Fevral 2023 15:31
Günün Səsi

© www.gununsesiaz.info
2013—2020 Məlumatdan istifadə etdikdə istinad mütləqdir