Bakıda sərnişinlə dolu avtobus “Kamaz”a ÇIRPILDI - ÖLƏN VƏ YARALANANLAR VAR (YENİLƏNİB-FOTOLAR)

  • By admin
  • 12 İyul 2018 09:30

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.
Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər isə orda Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.
****
Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Ölən və xəsarət alanların olduğu bildirilir.
Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməldaşları hadisə yerində arşadırma aparır.

Gununsesi.info