Bakıda avtobus iki qadını vurub öldürdü

Bakının Sabunçu rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info  APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat şossesində qeydə alınıb.

İdarəetməni itirən avtobus 2 qadını vurub. Hər iki piyada hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.

 

 

Gununsesi.info