
Noyabrın 23-də saat 5.00 radələrində Yasamal rayonunun Moskva prospektində Qazax rayon sakini Rafiq Əliyev idarə etdiyi “İsuzu” markalı 65 saylı xətt avtobusla yolu keçən Yardımlı rayon sakini Sazada Paşayevanı vurub.
Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya bildirilib ki, hadisə nəticəsində piyada yerindəcə ölüb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Gununsesi.info