Bakıda avtobus qəzası - ÖLƏN VAR

  • By admin
  • 23 Oktyabr 2017 12:56
59edac26c4164_avtobus_qezasi_326929
Bakıda avtobus piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, oktyabrın 21-də saat 19.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Səmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolun kənarında dayanmış 50-55 yaşlı qadını vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.info