
Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində “Daevoo” markalı 166 saylı xətt avtobusunun sürücüsü xuliqanlıq zəminində qəsəbə sakini E.Zeyniyevi döyüb.
Gununsesi.org xəbər verir ki, hadisə dekabrın 4-də saat 22 radələrində qeydə alınıb.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü, Bakı şəhər sakini K.Nəzərov saxlanılıb.