Bakıda avtobus sürücüsündən ağlasığmaz addım - ANBAAN VİDEO

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.

Gununsesi.info Manset.az-a istinadən xəbər verir ki, 90-MO-493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.

HTML tutorial

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin kamerasında düşüb. Hadisə sentyabrın 27-də baş verib.

Həmin anın videosunu təqdim edirik:

Gununsesi.info