XƏBƏR LENTİ

20 Fevral 2018
19 Fevral 2018

22 Sentyabr 2017 - 18:18

Bakıda avtobus sürücüsünü döyən şəxs barəsində2 AY MÜDDƏTİNƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

1476714926_mehkeme

Bu gün Nəsimi Rayon Məhkəməsində Bakıda avtobus sürücüsünü döyən Cavidan Bədəlovun barəsində istintaq orqanının təqdimatına baxılıb.

Gununsesi.info-nun “report”a istinadən verdiyi məlumata görə, məhkəmə prosesində qərar elan olunub.

Qərara əsasən, C.Bədəlovun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə sentyabrın 18-də axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda baş verib. 135 saylı avtobusun sürücüsü Qüdrət Xanzalı oğlu Kərimov sərnişin tərəfindən döyülüb. Hadisə nəticəsində xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasında çatdırılıb. Daşıyıcı şirkət hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtobus sürücüsünü döyən şəxsin Xırdalan şəhər sakini, 27 yaşlı Cavidan Bədəlov olduğu müəyyən edilib və o tutulub. O, Cinayət Məcəlləsinin 221.1-ci (xulqanlıq) maddəsi ilə ittiham olunur.

Gununsesi.info