Bakıda avtobusda dava düşdü: Sürücü ilə sərnişin bir-birilərini təhqir etdi -Özəl

  • By admin
  • 11 Yanvar 2024 11:47

Bu gün səhər Abşeron Gənclər şəhərciyindən Bakıya hərəkət edən 199 saylı sərnişin avtobusunda insident yaşanıb.

Gununsesi.info xəbər verir ki, avtobusda sərnişin qadınla sürücü bir-birilərini təhqir ediblər.

Sərnişin qadın ötən gün avtobus dayancaqdan hərəkət etməyə başladığı anda qapını döyüb, sürücünün avtobusu saxlamadığını deyib. Bu etiraza cavab verən sürücüyə qadın qəzəblənib və onu təhqir etməyə başlayıb. Qadının “şərəfsiz” təhqirinə sürücü adekvat cavab verib. Bundan sonra vəziyyət gərginləşib. Qarşılıqlı təhqirlərdən sonra sürücü polisə zəng edib, sərnişinlərə avobusun getməyəcəyini, arxadan gələcək digər avtobusla getmələrini bildirib.

Sərnişinlərin müdaxiləsindən sonra qadın avtobusdan düşürülüb.

Gununsesi.info