Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info report.az-a istinadən xəbər verir ki, metronun “Azadlıq” stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Səmədov Murad Qurban oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.
Fakt araşdırılır.
Gununsesi.info