Bakıda avtomobil qaçırmış şəxs tutulub

  • By admin
  • 03 İyul 2017 14:58

qandal

Bakı şəhər sakininə məxsus qaçırılmış avtomobil saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 2-də Bakı şəhər sakini Ayxan Dadaşov Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə müraciət edərək iyulun 1-də Buzovna qəsəbəsi ərazisindən “Renault” markalı avtomobilinin qaçırıldığını bildirib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin həmin gün Salyan rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

Görülən tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılıb, onu idarə edən rayon sakini Rəsul İlyasovla birlikdə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölüməsinə təhvil verilib.

Anar

Gununsesi.info