Bakıda avtomobil qadını vurdu

  • By admin
  • 26 Mart 2021 23:53

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə “Neftçilər” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1982-ci il Muradova Natalya Nikolay qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Gununsesi.info