
Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nəsimi rayonu ərazisində olan avtomobil təmiri sexində yanğın müşahidə olunub.
Gununsesi.info-nun xəbərinə görə, FHN-in müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Nəsimi rayonu ərazisində olan avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.
Qeyd edək ki, hadisə nəticəsində yaxınlıqda yerləşən bir neçə təmir sexinə də ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən alovun qarşısı alınıb, ətrafdakı obyektlər yanğından mühafizə olunub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Gülnaz Qənbərli
Gununsesi.info