
Bakıda yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub, nəticədə yanğın baş verib.
Yanğın zamanı “VAZ” markalı avtomobilin yanar hissələri yanıb, sürücü yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info