Bakıda avtomobildə meyit aşkarlanıb

  • By ilhame
  • 10 Mart 2024 10:11

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin minik avtomobilində qapıların kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə sayta FHN-dən bildirilib.

 

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info