Bakıda avtomobilini piyadaların üzərinə sürən sürücü cərimələndi -VİDEO

Baş Dövlət Yol Polis İdarəsindən Bakıda sürücünün avtomobilini piyadaların üzərinə sürməsi hadisəsinə münasibət bildirilib.

Qurumdan verilən məlumata görə, avtomobil sürücüsü İnzibati Xətalar Məcəlləsinin 330.0.1 qaydasını pozduğuna görə cərimələnib.

Nizamlanmayan piyada keçidinə daxil olmuş “Mercedes-Benz E-class” 99-MN-901 nömrəli avtomobilin sürücüsü Elgün Abdullayev Rizvan oğlu qaydanı pozduğuna görə 50 manat cərimə olunub.

14:58

Bakıda sürücü avtomobilini piyadaların üzərinə sürüb.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, “Mercedes-Benz E-class” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini piyada keçidindən keçən insanların üzərinə sürüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Həmin görüntüləri təqdim edirik:

Gununsesi.info