Bakıda avtomobillərin hərəkəti tam bərpa edildi

  • By admin
  • 22 İyun 2016 14:11

yol

 

HTML tutorial

 

“Formula 1” yarışı ilə əlaqədar Bakıda tədbirin keçirildiyi ərazilərdə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.

Gununsesi.info bildirir ki, bu barədə trend.az-a Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, artıq həmin ərazilərdə avtomobillərin hərəkəti tam təmin edilib, yollar açılıb: “Lakin yarışla əlaqədar bəzi yollarda quraşdırılan qurğular hələ də qalır. Həmin maneələrin sökülüb daşlanması üçün vaxt lazımdır. Yollar açıq olsa da, yol hərəkəti qaydalarına uyğun xətlənmə və işarələnmə prosesi hələ başlamayıb. Həmin ərazidəki maneələr sökülüb daşınandan sonra avtomobil yolları xətlənərək istifadəyə veriləcək. Buna görə də sürücülərdən xahiş edirik ki, həmin ərazilərdə sürət həddinə nəzarət etsinlər”.