Bakıda avtomobillə moped toqquşub

Bakıda avtomobillə moped toqquşub.

Gununsesi.info -nun xəbərinə görə, hadisə mayın 16-da paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Allahverdiyev Murad Laçın oğlu idarə etdiyi “Peugeot 407” markalı avtomobillə hərəkətdə olarkən Paşayev Əli Bəhruz oğlunun idarə etdiyi mopedlə toqquşub. Nəticədə mopedin sürücüsü aldığı xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

 

 

Gununsesi.info