İran prezidenti Həsən Ruhanınının martın 29-da Azərbaycanda reallaşacaq rəsmi səfəri zamanı onu çoxsaylı iş adamlarından ibarət nümayəndə heyəti müşaiyət edəcək.
Gununsesi.info “Donya-e-Eqtesad” qəzetinə istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhanının Azərbaycana səfəri zamanı bir sıra görüşlər keçiriləcək və ikitərəfli əlaqələrin gələcək inkiaşfı ilə bağlı sənədlər imzalanacaq.
İki ölkə arasına iqtisadi-ticari əlaqələrin daha da dərinləşdirilməsi məqsədi ilə Azərbaycan-İran birgə biznes forumu keçiriləcək. Hansı ki, bu forumda çoxsaylı iranlı iş adamlarının iştirakı nəzərdə tutulur. Biznes forumun təşkilatçılarından olan İranın ticarətə yardım təşkilatı forumda iştirak etmək üçün iranlı iş adamlarına müraciət edib.
Qəzetin yazdığına görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 3 günlük rəsmi səfərlə İrandadır. Səfər çərçivəsində Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran-Azərbaycan Hökumətlərarası Birgəkomissiyanın 12-ci iclasında iştirak edəcək və bundan əlavə olaraq iranlı rəsmilərlə “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görüləcək işlər məsələsini, iki ölkə arasında iqtisadi, ticari, enerji, yükdaşıma, kənd təsərrüfatı, maşınqayırma, birgə investisiya qoyuluşu və digər məsələləri müzakirə edəcəklər.
Mürtəza
Gununsesi.info