Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilir

  • By admin
  • 14 Dekabr 2021 15:26

Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilir.

Gununsesi.info xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin ticarət naziri Mehmet Muş və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanın ticarət və sənaye palataları arasında memorandumun imzalanması gözlənilir.

Ümumilikdə forumda 150 ​​iş adamı iştirak edir.

Gununsesi.info