Bakıda azyaşlı qardaşlar siçan dərmanı içərək vəfat ediblər

Bakıda iki azyaşlı qardaş bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info xəbər verir ki, 2 gün əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində 5 və 2 yaşlı iki uşaq siçan dərmanından zəhərləniblər. Qardaşlar xəstəxanaya çatdırılsa da, vəfat ediblər.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Manset.az-ın məlumatına görə isə həmin uşaqlar siçan dərmanını “Jelibon” bilərək yeyiblər və yerə yıxılıblar. Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.

Gununsesi.info