Bakıda azyaşlının pislədiyi uşaq evindən RƏSMİ AÇIQLAMA - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 29 Mart 2023 19:27

Sosial şəbəkələrdə yayımlanan Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən edilən şikayətlə bağlı açıqlama verilib.

3 saylı uşaq evinin direktor müavini Ülkər Babayeva Baku TV-yə bildirib ki, sosial şəbəkələrdə şikayəti yayımlanan azyaşlı davranış pozultusu olduğu üçün psixiatriya xəstəxanasına yerləşdirilib:

“Azyaşlı dəfələrlə uşaq evindən oğurluq edib. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və daha sonra o, yenidən uşaq evində qalmağa davam edib”.

Daha ətraflı süjetdə:

10:28

Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayət var.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Orada qalan uşaqlardan biri iddia edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

O qeyd edib ki, direktor onun ömürlük psixi sağlamlıq mərkəzinə yerləşdirilməsi üçün polis bölməsinə müraciət edib və telefonunu əlindən alıb.

Gununsesi.info