Bakıda bələdiyyə binasında YANĞIN BAŞ VERİB

  • By admin
  • 08 Avqust 2022 09:36

Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb.

Gununsesi.info FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info