
Bakıda baba ehtiyatsızlıqdan nəvəsini öldürüb.
Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Məmməd Seyidov idarə etdiyi “Nissan” markalı, 99 FT 314 dövlət nömrə nişanlı avtomobili arxaya verərkən nəvəsi, 2014-cü il təvəllüdlü İsrayıl Zalovu vurub. Nəticədə uşaq dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












