Bakıda bağlı qapı arxasında qalan şəxs xilas olunub

  • By admin
  • 14 Avqust 2017 13:00

fhn

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.  

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açaraq vətəndaşı bağlı qapı arxasından xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 10:41-də başa çatıb.

Anar

Gununsesi.info