
Bakıda hərəkətdə olan maşın yanır.
Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə hava limanı yolunda baş verib. Gəlin maşını kimi bəzədilən avtomobil qəfildən alovlanmağa başlayıb.
Yol polisi həmin hissədə bir neçə zolaqda yolu bağlayıb. Hadisə yerinə yanğınsöndürən çağırılıb.