
Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsinin yeni görüntüləri yayılıb.
Bu barədə video sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, qəza zamanı bir neçə nəqliyyat vasitəsi toqquşub. Nəticədə zəncirvari ağır yol-nəqliyyathadisəsi baş verib.
Hadisə zamanı bir nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Gununsesi.info