![](https://www.gununsesi.info/wp-content/uploads/2016/06/Festi-al-4-250x200.jpg)
III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı start götürdü. Gununsesi.info xəbər verir ki, Nizami Kino mərkəzindəöncə jurnalistlər üçün mətbuat konfransı keçirilib. Mətbuat işçilərinin suallarını isə münsiflər heyəti cavablandırıb. 3 gün ərzində məhşur jurnalist Azər Qəribin rəhbərlik etdiyi heyət 5 növ üzrə yarışan ən yaxşı filmləri müəyyən etməyə çalışacaq. Yüksək qiymətə layiq görülən filmlərin müəllifləri diplom və mükafatlarla təltif ediləcəklər. Müsabiqədə 71 ölkədən 420 ekran əsəri nümayiş olunacaq.
Qeyd edək ki, qaliblər iyun ayının 3-də elan ediləcək.
Sevinc Xeyrulla
Gununsesi.info