Dünən Avropa İttifaqının, Birləşmiş Krallığın, ABŞ-ın və İsveçrənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə 10 Dekabr -Ümumdünya İnsan Hüquqları Günü münasibətilə qəbul keçirlib.
Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən səfirliklərin diplomatlarının qatıldığı tədbirdə insan hüquqları fəalları və jurnalistlər iştirak edib.
Tədbirdə çıxış edən Avropa İttifaqının səfiri Peter Micalko Ümumdünya İnsan Hüquqları Gününün əhəmiyyətindən danışıb.
Diplomat deyib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci il dönümündə Avropa İttifaqı insan hüquqlarını qlobal şəkildə , o cümlədən tərəfdaş ölkə Azərbaycanda həyata keçirilməsinə sadiq qaldığını bir daha təkrarlayır və təsdiqləyir.
Cənab Micalko hazırda həbsdə olan siyasi fəalların və jurnalistlərin də adını çəkib: “Biz bu günü qeyd etmək üçün bir araya gəldik. Lakin təəssüf edirik ki, bəzi tərəfdaş və dostlarımız bu tədbirdə bizə qoşula bilmir. Mən xüsusilə, bir il əvvəl bu qəbula gələrkən yolda həbs olunan Bəxtiyar Hacıyevi, Qubad İbadoğlunu, Ülvi Həsənlini, Sevinc Abbasovanı, Məhəmməd Kekalovu, Əziz Orucovu, Rüfət Muradlını və həbsdə olan digər insan haqları fəalları və jurnalistləri nəzərdə tuturam”.
Micalko bildirib ki, insan hüquqları məsələsində ikilistandart yoxdur: “Bəyannamədə göstərildiyi kimi yalınız bir standart var. Bəyannamədə sadə fikir öz əksini tapıb. İnsan hüquqları verilə bilməz, çünki onlar hər bir insana məxsudur.
Buna görə də Ali Nümayəndə və Vitse Prezident Borrelin dediyi kimi:”Biz bu əlamətdar sənəddən və onun təcəssüm etdiyi qlobal konsensusdan ilham almalıyıq. Mənfi tendensiyalarla üzləşməyimizi və insan hüquqları sahəsində qlobal vəziyyətin pisləşdiyini dərk edərək, insan hüquqlarının universallığını müdafiə etməkdə qətiyyətli və yaradıcı olmalıyıq”.
ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Hugo Guevera: “Biz qanunun aliliyini, məhkəmə sisteminin müstəqilliyini , ifadə və sərbəst toplaşmaq azadlığı, qadınların və azlıqların iştirakını istəyirik”
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Hugo Guevera ABŞ-ın dünyada insan hüquqlarına verdiyi tövhədən danışıb.
Amerikalı diplomat deyib ki, ölkəsi Azərbaycanda hər bir kəsin hüquqları qorunan və onlara hörmətlə yanaşılan demokratik, plüralist və inklüziv cəmiyyətin inkişafını dəstəkləmək üçün hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir: “Biz qanunun aliliyini, məhkəmə sisteminin müstəqilliyini , ifadə və sərbəst toplaşmaq azadlığı, qadınların və azlıqların iştirakını istəyirik. Biz Azərbaycan hökumətindən siyasi məhbuslarıın azad edilməsi ilə bağlı çağırışlar etməyə və insan haqlarını təşviq etmək istiqamətində çalışan vətəndaş cəmiyyəti təşkilatlarına dəstək göstərməyə davam edirik”.
Hugo Guevera deyib ki, insan haqlarını müdafiə etdikləri kimi, həm də spesfik hallara da toxunmaq vacibdir:“Birləşmiş Ştatlar Azərbaycan vətəndaş cəmiyyətinin bir neçə üzvünün, o cümlədən Qubad İbadoğlunun , jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı , Nərgiz Absalamova və Əziz Orucovun, vətəndaş vəmiyyəti fəalları Bəxtiyar Hacıyevin, Məhəmməd Kekalovun həbsi və ittiham olunmasından dərin narahatdır. Biz Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasına və mətbuat, söz azadlığına dair beynəlxalq beynəlxaq öhdəliklərinə sadiqliyinin bir hissəsi kimi adıçəkilən şəxslərin hüquqlarını qorumağa çağırırıq”.
Diplomat deyib ki, ölkəsi insan hüquqlarınıa dəstəyini nümayiş etdirmək üsullarından biri kimi dünyanın hər yerində insan haqlarının durumuna dair hesabatlar hazırlamaq və dərc etməkdir: “Bu hesabatlar etibarlı və obyektiv məsələlərə əsaslanır”.
İsveçrə səfiri: “İnsan hüquqları təkcə kağız üzərində olmamalıdır”
İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Thomas Stahli deyib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyanın hər yerində insanların məxsus olduğu hüquqları ehitva edir: “İsveçrə insan hüquqlarının qorunması üçün güclü qanunvericilik bazasını qoyurub saxlayır. Bizim ölkənin Konstitusiyası və qanunları beynəlxalq insan hüquqları standartlarına uyğundur. Bugünü görüşümüzün səbəbinə gəlincə, İnsan Hüquqları Günü bizim üçün insanların təkcə kağız üzərində olmamalıdır. İsveçrə bu fundamental prinsipləri təşviq etmək üçün və qorumaq üçün müxtəlif səviyyələrdə fəaliyyətə cəlb olunub. Biz bununla insan hüquqlarına sadiqliyimizi ifadə edirik. İsveçrənin beynəlxalq əməkdaşlığı 25 ildir ki, Azərbaycanda fəaldır. Xüsusilə də iqtisadi inkişaf sahəsində”.
Pərviz Həşimli
Gununsesi.info