
Ötən gecə paytaxt ərazisində bıçaqlanma hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, Nəsimi rayonuda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb. 32 yaşlı Həsənov Aslan Baba oğlu yaşadığı məhəllədə bıçaqlanıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda iki bıçaq xəsarətinin olduğunu bildiriblər. Yaralı ifadəsində bildirib ki, məhəllədə tanımadığı şəxslərlə mübahisəsi düşüb. Mübahisə zamanıda onu bıçaqlayıblar. Hadisə barədə polisə məlumat verilib.
Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar aparılır.
Gununsesi.info