Bakıda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi, biri isə öldü

  • By admin
  • 20 Fevral 2017 12:44
demqazi

Azərbaycan paytaxtı Bakıda  bir ailənin dəm qazından zəhərlənən 5 üzvündən biri dünyasını dəyişib.
Gununsesi.info Daxili işlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki,  hadisə fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində  qeydə alınıb. Belə ki, Yeni Günəşlidə yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.
Nəticədə Heydər Seyidov dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdiriliblər.
Mürtəza
Gununsesi.info