Bakıda bir ailənin üzvləri intihara cəhd edib -Video

  • By admin
  • 02 Oktyabr 2021 19:21

Binəqədi rayonu, Səttar Bəhlulzadə  küçəsi 23-də,yataqxana binasında intihara cəhdin qarşısı alınıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata bildirib ki, polis və FHN-in əməkdaşlarının operativ müdaxiləsi və ailə ilə aparılan izahedici söhbətlər nəticəsində onları fikirlərindən daşındırmaq mümkün olub.

Ailə üzvlərinin intihara cəhd etmə səbəbi yaşadıqları binanın sökülməsidir.

Gununsesi. info