Bakıda bir gündə 2 ev yandı

  • By admin
  • 20 Oktyabr 2016

yangin

 

Bakıda bir gündə 2 evdə yanğın baş verib. Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 27 m2 olan birotaqlı mənzilin mətbəxində ” LG” markalı paltaryuyan maşın və qaz plitə yanıb. Mənzil yanğından mühafizə olunub.

Suraxanıda bir dam altında yerləşən 3 ailəyə məxsus ümumi sahəsi 150 m2 olan birmərtəbəli evin 2 otaqlı mənzilində bir otağın və mətbəxin yanar konstruksiyaları 25 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi və bitişik qonşu mənzillər yanğından mühafizə olunub.

Gununsesi.info