Bakıda bir mənzildən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlandı

  • By admin
  • 12 Avqust 2016 17:12

nas

Paytaxtın Nəsimi rayonunda ogurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Alı Mustafayev küçəsində qeydə alınıb. Oğrular ev 43-də yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən 50 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar. Baş vermiş hadisə ilə bağlı zərərçəkən dərhal Daxili işlər nazirliyinin 102 qaynar xəttinə məlumat veriblər. Dərhal əraziyə Nəsimi rayon polis əməkdaşları və ekspertlər çağrılıb. Hadisə ilə bağlı müvafiq tədbirlər görülərək barmaq izləri götürülüb. Ekspertlərin qənaitinə görə çağrılmamış qonaqlar mənzilə açar seçmə yolu ilə daxil olublar.

Artıq faktla bağlı Nəsimi rayon Polis İdarəsində  hadisəni törədən şəxslərin tutularaq istintaqa təhfil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.

 

nas-1

nas-2

Gununsesi.info