Bakıda bir nəfər liftdə qaldı

  • By admin
  • 27 Noyabr 2020 13:52

Bakıda bir nəfər köməksiz vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Ötən sutka ərzində “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı bir müraciət daxil olub.

Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən bir nəfərin liftdən çıxarılması təmin edilib.

Gununsesi.org