Bakıda bir neçə yerdə yanğın baş verib

  • By admin
  • 12 Dekabr 2016 10:00

yanan-ev

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, şəhərin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m² olan 3 otaqlı mənzilin eyvanında 2 m² sahədə lambirindən ibarət dolab yanıb.

Bundan başqa Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hər iki halda evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info