Bakıda bir neçə ticarət obyektində yanğın BAŞ VERİB

  • By admin
  • 16 Oktyabr 2022 09:28

Bakıda ticarət obyektində yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında bir neçə ticarət obyektində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info