Bakıda birotaqlı ev yandı

  • By admin
  • 31 Yanvar 2017 14:08

yanan-ev-yangin-yanqin-yangin

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 m² olan birmərtəbəli, 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 12:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info