Bakıda BMW qaçırıldı – 2 avtomobili əzdi

  • By admin
  • 08 Fevral 2021 13:20

Bakıda avtomobil qaçırılıb.

Gununsesi.info xəbər verir ki, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə fevralın 2-də saat 21 radələrində Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.

Gununsesi.info