Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 120 m² olan boya sexinin yanar konstruksiyaları 40 m² sahədə və yaxınlıqda bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən ibarət tikilinin xarici divarına vurulan taxta atmalar 30 m² sahədə yanıb.
Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Sexin, tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info