Bakıda Britaniya kralının doğum günü qeyd edilib -Fotolar /Video

  • By ilhame
  • 13 İyun 2024 13:14

Dünən Bakıda Böyük Britaniya Kralı III Çarlz-ın doğum günü qeyd edilib.

 

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan hökumətinin, parlamentinin təmsilçilərinin, siyasi partiya liderlərinin, media nümayəndələrinin və diplomatların qatıldığı mərasimdə səfir Fergus Auld geniş nitq söyləyib.

Səfirin çıxışını təqdim edirik:

İcazə verin nitqimə 5 təşəkkürümlə başlayım.

Bu tədbirə gəldiyiniz üçün və bizimlə ötən il boyunca əməkdaşlıq və dostluq etdiyiniz üçün təşəkkür edirəm

Nazir Şahbazov, bizim tədbirimizin fəxri qonağı olduğunuz üçün, Azərbaycan- Böyük Britaniya münasibətlərinə verdiyiniz şəxsi töhfələr üçün sizə və sizin timsalınızda Azərbaycan hökumətinin bütün əməkdaşlarına zəhmətiniz və əməkdaşlığınız üçün təşəkkür edirəm.

Bu gecənin baş tutmasında böyük dəstəyi olan bütün sponsorlara, sağ tərəfimdə Böyük Britaniya və Azərbaycan Hərbi Qüvvələrinin musiqi heyətinə və sol tərəfimdə məşhur Britaniyalı aşpaz Tomy Miaya təşəkkür edirəm.

Gördükləri bütün işlər üçün Səfirlikdə çalışan möhtəşəm komandama təşəkkür edirəm.

Və nəhayət, daha bir heyrətamiz komandaya – AZAL ilə ilk uçuşumda mənə kömək etdikləri üçün təşəkkür edirəm.

 

Xanımlar və cənablar.

Bu, Zati-Aliləri Kral üçüncü Çarlz üçün təşkil olunmuş bir doğum günü tədbiridir.

 

Və bu gecə Onun can yandırdığı iki ən vacib mövzu– iqlim dəyişikliyi və təbiət haqqında danışmaq istərdim.

Çünki beş aydan sonra BMT-nin COP29 iqlim danışıqlarında dünyanın gözü Azərbaycanda olacaq.

Və həmçinin buna görədir ki, sizdən bu gecə geyimizdə çiçəkdən istifadə etməyiniz rica olunmuşdu.

 

Kral Çarlz COP28-dəki açılış nitqində belə demişdi – “Bununla məşğul olmaq bizim hamımızın borcudur. Dəyişiklik – birlikdə çalışmaqla və dünyamızı təmin edəcək qərarları qəbul etməyi asanlaşdırmaqla baş verəcək– məhdudiyyətlərin olmaması və ya hərəkətlərimizin heç bir nəticəsinin olmayacağı kimi davam etməklə deyil.”

 

 

Son altı ay ərzində Böyük Britaniyanın Azərbaycandakı səfiri olmaq həyəcanverici idi və növbəti altı ay daha da maraqlı olacaq. Altı ay öncə COP29-un Bakıda keçiriləcəyi ilə bağlı razılaşma həm iqlim, həm də regiondakı sülhün bərqərar olması üçün müsbət siqnal idi. Ümid edirəm ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülh sazişinə nail olmaq üçün əlindən gələni etməyə davam edə bilərlər.

 

İcazə verin, sevdiyim beş atalar sözlərini sizinlə bölüşüm. Bunların hər biri Böyük Britaniya və Azərbaycanın əməkdaşlığını göstərən beş üsulu ifadə edir.

Və hər biri Britaniya şirkətinin dizaynına kömək etdiyi COP29 loqosunun bəzi elementlərini əhatə edir.

 

Günəşə tərəf gedən kölgəni arxada qoyar

Azərbaycan təbii ki, odlar diyarıdır. O, günəşin və küləyin sonsuz gücündən istifadə edərək təmiz enerji istehsal etmək üçün əlverişli yerdə yerləşir. BP Cəbrayılda yeni günəş stansiyası tikməklə burada strateji tərəfdaşlıqlarını inkişaf etdirir.

 

 

El çalışar, yer sevinər. Yer barlanar, el sevinər

 

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının və mədəniyyətinin qədim hissəsidir. Onun istehsal etdiyi ərzaq Azərbaycanın böyük sərvətlərindən biridir. İstehsalı davam etdirmək üçün kənd təsərrüfatı dəyişən iqlimin qaçılmaz təsirlərinə uyğunlaşmalıdır. Mən çox şadam ki, Lənkəran, Lerik, Masallı və Astarada sahibkarlar və gənc fermerlərlə işləyən layihəmiz var. Bu layihə iqlimə davamlı kənd təsərrüfatını təmin etmək üçün müasir texnika və texnologiyalardan istifadə edir.

 

 

Su aydın olduqda dərinliyi bilinir.

COP29-un əsas mövzularından biri şəffaflıq olacaq. Effektiv dəyişiklik etmək üçün hər bir hökumət, hər bir şirkət və hər birimiz öz fəaliyyətlərimizin verdiyi təsiri başa düşməliyik. Mən şadam ki, son bir neçə ildə Britaniya Qeyri Hökumət Təşkilatı Aether emissiyaları ölçmək və hesabat vermək imkanlarını gücləndirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə işləmişdir.

 

Elmsiz adam meyvəsiz ağac kimidir

Bəşəriyyətin ən böyük vasitəsi öyrənmək və yaratmaqdır. Daha təmiz gələcəyə keçid işçilərimizin yeni bacarıq və biliklərini inkişaf etdirməsinə arxalanacaq. Böyük Britaniyanın Warwick Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında bərpa olunan enerji üzrə ikili magistr dərəcəsinin bu il başlanmasından çox məmnunam.

 

El bir olsa dağ oynadar yerindən

 

Bu, ölkə üçün transformasiya anıdır.

Biz Azərbaycana COP29-u böyük nəaliyyətə çevirmək üçün əlimizdən gələni edəcəyik. Ona ev sahibliyi etmək həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.

Lakin hökumətlər hekayənin yalnız bir hissəsidir. Özəl bizneslərə yeniliklər etmək və universitetlərə öz biliklərindən istifadə etmək imkanı verməklə, vətəndaş cəmiyyətinin sərbəst işləməsinə, media və sənətkarların faktlar və hekayələr üzərində çalışmasına şərait yaratmaqla. Hər bir kişi, qadın və uşağı cəlb etməklə, biz bəşəriyyətin ən böyük problemini birlikdə həll edəcəyik.

 

İcazə verin, nitqimi Kral Çarlzın COP28-dəki son sözləri ilə yekunlaşdırım: “Yadda saxlamalıyıq ki, doğuşdan formalaşan dünyagörüşü bizə hamımızın bir-birimizə bağlı olduğumuzu öyrədir. Təkcə insan kimi deyil, bütün canlılarla və həyatı təmin edən hər şeylə. Bu möhtəşəm və müqəddəs sistemin bir hissəsi kimi Təbiətlə harmoniya qorunmalıdır. Yer bizə aid deyil, biz Yerə aidik”.

 

Gununsesi.info