Bakıda bu ərazilərdə pulsuz “Wi-Fi” olacaq

  • By admin
  • 14 Aprel 2017 22:40

1492191675-2462

 

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda “Ağ şəhər” ərazisində də pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini genişləndirir.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə verib.

Məlumata görə, artıq müvafiq texniki işlər həyata keçirilir və pulsuz “Wi-Fi” xidməti bu ərazidə yaxın zamanlarda işə salınacaq.

Qeyd edək ki, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi işləri “ictimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu layihə Dənizkənarı Milli park, İçərişəhər və Dövlət Bayrağı Meydanını əhatə edir.

 

Gununsesi.info