![](https://www.gununsesi.info/wp-content/uploads/2023/02/polis.jpg)
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yeni rəis təyin olunub.
Gununsesi.info “Qafqazinfo”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Süleyman Abbasov təyinat alıb.
Qeyd edək ki, bir müddət öncə 14-cü Bölmənin rəisi Tural Məşədiyev işdən çıxarılaraq sərəncama götürülmüşdü.
Gununsesi.info