Bakıda bu gimnaziyanın fəaliyyəti dayandırıldı – DİSTANT TƏHSİLƏ KEÇDİ

  • By admin
  • 14 Oktyabr 2021 09:50

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb.

Bu barədə Gununsesi.info-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, gimnaziyada tədrisin bu gündən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Gununsesi.info