Bakıda bu işlər yalnız gecə görülməlidir - Xəbərdarlıq

  • By admin
  • 21 Aprel 2017 22:40

baki

 

İqtisadiyyat Nazirliyi may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.

Axar.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli Sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması 2017-ci ilin may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.

Təchizatı gündüz saatlarında həyata keçirilməli olan obyektlərdə bu işlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən xüsusi icazələr əsasında aparılacaq.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə təsərrüfat fəaliyyətlərinin təşkili zamanı qeyd olunanların nəzərə alınmasını və həmin işlərin müəyyən olunmuş vaxtlarda həyata keçirilməsi üçün tədbirlər görülməsini tövsiyyə edir.

 

Gununsesi.info