Bakıda bu mənzillər ucuzlaşdı

  • By admin
  • 21 Aprel 2021 07:46

“Bakıda mart ayında kirayə mənzil bazarında qiymətlərdə ucuzlaşma qeydə alınıb”.

Gununsesi.info xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib

O bildirib ki, mart ayında Bakıda kirayə mənzil qiymətləri 6.6 faiz ucuzlaşıb.

Ekspertin sözlərinə görə, ucuzlaşmanın səbəbi pandemiya ilə əlaqədar olaraq kirayə mənzillərə tələbatən azalmasıdır.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq ali təhsil müəssələrinin işləməməsi, xarici ölkələrdən turistlərin gəlməməsi nəticəsində kirayə mənzillərə tələbat xeyli azalıb.

Gununsesi.info