Bakıda cəzaçəkmə müəssisəsinə poçtla 2 telefon göndərilib

  • By admin
  • 22 Avqust 2016 12:05

er

Bakıdakı 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bu barədə Gununsesi.info-ya Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş, Timurbulatov Timur Vladimiroviçə tanışı, vətəndaş Səfərov Cəbi tərəfindən poçt vasitəsi ilə göndərilən banderoldakı 2 dəst başmaqlığın daban hissəsindən xüsusi üsulla gizlədilmiş “Noikia” və “Samsung” markalı mobil telefon aparatları və 31 həb dərman preparatı aşkar edilərək götürülüb.

Toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdim edilib.

 Gununsesi.info