Nəsimi rayonunda yanğın

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 250 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin ikinci mərtəbəsində çay evinin mətbəxində 1 ədəd məişət avadanlığı qismən və 2 paq.m elektrik kabeli yanıb. Yüksək temperaturdan 3 ədəd məişət avadanlığı qismən qarsalanıb. Çay evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info