Bakıda “Chevrolet”i qaçırıb qəza törətdilər

  • By admin
  • 10 Mart 2022 13:53

Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə martın 8-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini G.Novruzovaya məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Gununsesi.info  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovun həmin gün saat 23 radələrində Zabrat yolunda yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.

R.İbrahimov saxlanılıb.

Xətai RPİ-də araşdırma aparılır.

Gununsesi.info